Türkiyə - Xorvatiya matçından sonra atasının ölüm xəbərini aldı

00:31 - 13 İyun 2016

Kapitan atasını itirdi
 
Xorvatiya millisinin kapitanı Daryo Srna Türkiyə ilə keçirdikləri matçdan sonra qələbə sevincini yaşaya bilməyib.
 
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu oyundan sonra atasının ölüm xəbəri ilə sarsılıb. Srnanın atası Uzeir Srna uzun müddət mübarizə apardığı xərcəng xəstəliyindən vəfat edib.
 
2-ci dünya müharibəsində möcüzəvi şəkildə sağ qalan Daryo Srnanın atası oyunun gedişində dünyasını dəyişib. Matçdan sonra futbolçular yığmanın kapitanını təsəlli ediblər.
 
Xatırladaq ki, Srna Xorvatiyanın 1:0 hesabı ilə qalib gəldiyi matçda cərimə zərbəsindən qol vurmağa yaxın olsa da, top qapı tirinə tuş gəlmişdi.

Xəbər xətti