B və C qrupları
Fransada təşkil edilən Avropa çempionatında daha 3 qarşılaşmanın hakimləri açıqlanıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ikinci tur çərçivəsində B və C qruplarında baş tutacaq qarşılaşmaların hakimlərinin adına aydınlıq gəlib.
16 iyun
B qrupu
17:00. İngiltərə - Uels
Baş hakim: Feliks Brix (Almaniya)
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp (Almaniya)
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
C qrupu
20:00. Ukrayna – Şimali İrlandiya
Baş hakim: Pavel Kraloveç (Çexiya)
Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş (Çexiya)
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Miçal Patak (Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
23:00. Almaniya – Polşa
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra (Hollandiya)
Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (Hollandiya)
Dördüncü hakim: Daniele Orsato (İtaliya)