Robert Prosineçki rəqibimizin oyununu izləyib

11:53 - 14 İyun 2016

İspaniya - Çexiya matçını izlədi
 
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransaya getdiyi haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, Prosineçki AÇ-2016-nın Tuluza şəhərində keçirilmiş İspaniya – Çexiya oyununu izləyib. D qrupunda mübarizə aparan komandaların qarşılaşmasında İspaniya 1:0 hesablı qələbəyə sevinib.
 
Qeyd edək ki, Çexiya yığmamızın rəqiblərindən biridir. Bundan əlavə, AÇ-2016-da çıxış edən komandalar arsında Şimali İrlandiya və Almaniya milliləri də yığmamızın rəqibləridir.

Xəbər xətti