Rus və ingilis azarkeşlər arasında növbəti dava
Avropa çempionatında mübarizə aparan İngiltərə və Rusiya komandalarının azarkeşləri yenə dava ediblər.
Sportal.az xəbər verir ki, UEFA-nın qoyduğu qadağalara əməl etməyən azarkeşlər bu dəfə Fransanın Lill şəhərində qarşıdurma yaradıblar.
Fransız polislər davanın qarşısını almaqda çətinlik çəkiblər. İngilis fanatlara uelslilər də dəstək olublar. Baş verən hadisələrdən sonra 2 rus azarkeş nəzarət altına götürülüb.
Qeyd edək ki, UEFA çempionatın gedişində ixtişaşaların təkrarlanacağı halda Rusiyanı AÇ-2016-dan qova biləcəyini bildirmişdi.
saytlarin hazirlanmasi