"Ronaldo bizim "Barselona" kimi oynayacağımızı gözləyirmiş"
AÇ-2016-nın F qrupunda Portuqaliya və İslandiya yığmalarının qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra İslandiya millisinin futbolçusu Kari Arnason maraqlı açıqlama verib:
"Ronaldo, yazıq, bəxtsizin biridi. O bizim oyunumuz tənqid edib. Yəqin Ronaldo bizim onlara qarşı "Barselona" kimi oynayacağımı gözləyirmiş. Amma biz turnirin autsayderlərindənik. Kristiano Ronaldo çox istəyirdi ki, qol vursun və komandası qələbə qazansın. Amma o çox şanssız idi".
saytlarin hazirlanmasi