AÇ-2016: Aqollinin həmvətənləri Ginnesin rekordlar kitabına düşdü

17:18 - 16 İyun 2016

150 metr uzunluğu, 70 metr eni olan bayraq

 

AÇ-2016-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Fransa-Albaniya matçında albaniyalı azarkeşlərin açdığı bayraq Ginnessin rekordlar kitabına düşüb.
 
Sportal.az xəbər verir ki, matçın keçirildiyi Marsel stadionu yaxınlığında toplanan albanlar 150 metr uzunluğu, 70 metr eni olan bayrağı yüzlərlə azarkeş stadiona gətirən zaman fransızlar təəccüblə qarşılayıblar.
 
15 min Avro dəyərindəki bayraqla "Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisinin azarkeşləri Ginnessin rekordlar kitabına düşməyi bacarıb.

Xəbər xətti