Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Sportal.az xəbər verir ki, yarışda mübarizəni davam etdirən komandalar ilk matçlarını martın 30-da keçirəcək. Üz-üzə gələcək hər iki cüt əvvəllər də kubokda qarşılaşıb. Peşəkar Futbol Liqasının rəsmi saytı yarımfinal cütlərinin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
1/2 final
30 mart
15. "Neftçi" – "Qarabağ" - 19 oyun, +5, =5, -9, top fərqi 16-16
Son iki mövsümün finalçıları bu dəfə yarımfinalda qarşılaşacaq. Ölkə kubokunda ən çox üz-üzə gələn cütlüyün yolları 12-ci dəfə kəsişib. Əvvəlki 11 duel çərçivəsində 19 matç baş tutub. 7 dəfə “Qarabağ”, 4 dəfə “Neftçi” cütün qalibi olub. Ümumilikdə isə ağdamlılar 9, rəqibi 5 dəfə qalib gəlibsə, top fərqində tarazlıqdır.
| 1993 | 1/4 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 2:1, 0:0 | 
| 1993/94 | 1/4 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı)* | +:-, +:- | 
| 1995/96 | final | Neftçi (Bakı) - Qarabağ (Ağdam)** | 3:0 | 
| 1996/97 | 1/4 final | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 3:2, 0:1 | 
| 1998/99 | 1/8 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 0:0, 0:2 | 
| 2005/06 | 1/2 final | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 0:0, 0:1 | 
| 2006/07 | 1/8 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 1:2, 1:0 | 
| 2008/09 | 1/4 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 1:0, 0:0 | 
| 2012/13 | 1/2 final | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 2:1, 2:2 | 
| 2014/15 | final | Qarabağ (Ağdam) - Neftçi (Bakı)** | 3:1 | 
| 2015/16 | final | Qarabağ (Ağdam) - Neftçi (Bakı)** | 1:0, ə.v. | 
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
** - final oyunları neytral meydanda keçirilib.
16. "İnter" – "Qəbələ" – 2 oyun, +1, =0, -1, top fərqi 5-2
Kubokda yolları ikinci dəfə kəsişən komandaların ilk dueli 8 il əvvəl baş tutub. İndiki kimi 2008/09 mövsümündə də rəqiblər yarımfinalda görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə mərhələ adlayan “İnter” olub.
| 2008/09 | 1/2 final | İnter (Bakı) - Qəbələ | 5:0, 0:2 | 
 
      
                    