Azərbaycan kubokunun yarımfiinal mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” səfərdə “İnter”i məğlub edib 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin oyundakı iki qolunun müəllifi Daniel Subotiç saytımıza müsahibə verib.
- Oyunumuzdan çox razı qaldım. Ancaq az qol vurmağımız məni narahat edir. “İnter”lə oyunun ilk hissəsində xeyli imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. “Neftçi”yə məğlubiyyət və AZAL-la oyunda gözlənilməz xal itkisindən sonra mütləq qələbə qazanmalı idik.
- İlk penalti epizodunda topu Ozobiç götürsə də, zərbəni siz vurdunuz. Bu zaman xorvatiyalının narazıçılğı hiss olunurdu. Bu barədə nə deyə bilərsiz?
- Yox, orda heç bir problem yox idi. Qərara gəldik ki, əgər ikinci penalti olsa, Ozobiç vursun. Gördüyünüz kimi, elə də oldu. Biz dostuq, komanda yoldaşıyıq və aramızda problem ola bilməz.
- Son oyundan sonra nə dəyişdi ki, komanda qələbə qazandı?
- AZAL-a qarşı pis oynamamışdıq, amma qol vura bilməmişdik. Yenə deyirəm, hücumlar edirik, qol vura bilmirik və bu, məni narahat edir.
- Bu qələbədən sonra “Qəbələ”ni finalda hesab etmək olar?
- Kubok oyunları xüsusi xarakterli olur. “İnter”in təslim olduğunu düşünmürəm. Əlbəttə,növbəti oyunda da qələbə qazanmağa çalışacağıq. Finala çıxmaq üçün yaxşı şansımız var. Lakin, artıq finaldayıq, deyə bilmərik.
- Finala çıxsanız, rəqibinizin hansı komanda olmasını istəyərsiz?
- Bu, bizim üçün önəmli deyil. “Qəbələ” Azərbaycanın ən güclü və ən böyük komandasıdır. “Neftçi” və ya “Qarabağ”ın finaldakı rəqibimizin olmasının önəmi yoxdur.
saytlarin hazirlanmasi