"Neftçi"nin futbolçusu: "Cavab oyununda "Barselona" ola bilərik" MÜSAHİBƏ

12:45 - 31 Mart 2017

Azərbaycan kubokunun yarımfinal mərələsinin ilk oyuları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni məğlub edib – 2:0.

 

Sportal.az saytına müsahibə verən “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli matç haqda fikirlərini bildirib və komandasının gələcək oyunlarından danışıb:

 

- “Qarabağ”la oyunda qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Çox istəyirdik ki, qələbə qazanaq, həmçinin veteranlarımız da bizə dəstək olmağa gəlmişdilər. Təəsüflər olsun ki, buna nail ola bilmədik. Amma hər şey burda bitmir, cavab oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxaq.

 

- “Qarabağ”ın optimal heyətdə oynamamasını özünüz üçün üstünlük hesab etmirdiniz?

- Biz öz oyunumuza hazırlaşmışdıq. Əlbəttə, rəqibin tam heyətlə oynaması bizim üçün üstünlük yarada bilərdi. Bizim də şanslarımız var idi, amma yararlana bilmədik. Cavab oyunu çətin olacaq, asan təslim olmayacağıq. Ümid həmişə sonda ölür.

 

- “Qəbələ” və “İnter”i məğlub etdikdən sonra “Qarabağ”a da müqavimət göstərəcəyiniz gözlənilirdi. Bu məğlubiyyət çempionat oyunlarında sizi ruhdan salmayacaq?

- Kubok və çempionat oyunu arasında fasilə çox azdır. Üzərimizdə yorğunluq olacaq. Bu məğlubiyyətin çempionat oyununa təsirini göstərəcəyini düşünmürəm. Kubok ayrı, çempionat oyunları ayrıdı.  Çempionatda da şanslarımız davam edir, dördüncü yeri tutub Avrokuboklara vəsiqə qazana bilərik.

 

- Cavab oyununda “Qarabağ”ı üsətələyə bilməsəniz, yubiley ilində mövsümü titulsuz başa vuracaqsınız...

- Nə deyə bilərəm? Hamımız üçün pis nəticədir. Heç kim istəməzdi ki, “Neftçi” titulsuz qalsın. Amma “Qarabağ”a məğlub olmuşuqsa, hər şey bitməyib və cavab oyununda bunun əvəzini çıxmağa çalışacağıq. PSJ-in “Barselona”ya məğlub olduğu oyunu yada salaq. Fransızlar ilk oyunda 4:0 hesabı ilə qalib gəlsə də, cavab oyununda 6 qol buraxdı.

 

- Necə düşünürsən, cavab oyununda “Barselona” ola bilərsiniz?

-  Futbolda hər şey ola bilər. “Qarabağ”a səfərdə 3 qol vura bilərik, niyə də olmasın? Çalışacağıq ki, qalib gələk.

Xəbər xətti