Liderlərin ev sınağı, AZAL Premyer Liqa ilə vidalaşır?

14:14 - 1 Aprel 2017

Sabah Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

 

Tura Sumqayıtda start veriləcək. “Sumqayıt” “Neftçi”ni sınağa çəkəcək. Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qarabağ”a 0:2 hesabı ilə uduzaraq ümidini üzən “Neftçi” bütün fikrini Premyer Liqaya cəmləyib. Avrokuboklara vəsiqə qazanmaq üçün “ağ-qaralar” “Sumqayıt”ı məğlub etməlidi. “Sumqayıt” isə “Neftçi”dən cəmi 1 xal geridədi. Samir Abasovun yetirmələri rəqibini məğlub etməklə 4-cü pillə uğrunda mübarizədə iddialarını artırmış olacaq.

 

Son iki matçda qol vuran komanda qalib gəlib. “Sumqayıt” son iki ev matçında qələbə əldə edib.

“Sumqayıt” – “Neftçi”: 19 oyun, 6 qələbə, 2 heç-heçə, 11 məğlubiyyət, top fərqi 22-35.

 


Günün ikinci oyunu paytaxtda baş tutacaq. “İnter” autsayder AZAL-ı qəbul edəcək. Meydan sahibləri qalib gəlməklə 3-cü pilləni bir qədər də möhkəmləndirəcək. AZAL bu oyunda qalib gəlməsə Premyer Liqa ilə vidalaşacaq. Aktivində 10 xalı olan “təyyarəçilər”  7-ci pillədə olan “Kəpəz”dən 14 xal geridədi.

 

“İnter” ardıcıl 4 qarşılaşmada qələbə qazanıb. 14 oyundu qələbə qazana bilməyən AZAL 4 ilə yaxındı 3 xal əldə etmir.
“İnter” – AZAL: 33 oyun, 15 qələbə, 13 heç-heçə, 5 məğlubiyyət, top fərqi 35-21.

 

 

Çempionatın lideri “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Ağdam təmsilçisi “Azərsun Arena”nın ot örtüyündə olan problemə görə “Kəpəz”lə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Gəncə təmsilçisinin də 4-cü pilləni tutmaq üçün şansları var. Bunun üçün Şahin Diniyevin rəhbərlik etdiyi komanda “Qarabağ”a qalib gəlməlidi. “Qarabağ” isə zirvədəki yerini qorumaq üçün 3 xal qazanmalıdı.

 

“Qarabağ” 19 oyundu məğlub olmur. Bu müddətdə ağdamlılar 15 qələbə qazanıb, 4 heç-heçə edib. 15 ildi qalib gəlməyən qərblilər son 8 oyunda qol buraxıb. 
“Qarabağ” – “Kəpəz”: 44 oyun, 21 qələbə, 9 heç-heçə, 14 məğlubiyyət, top fərqi 59-53.

 

 

“Qarabağ”dan 2 xal geri qalan “Qəbələ” “Zirə”ni qəbul edəcək. “Zirə” 4-cü pillədəki mövqeyini qorumaq üçün çətin səfər qarşılaşmasında məğlub olmaq niyyətində deyil. “Qəbələ” xal itirsə, çempionluq yolunda böyük zərbə almış olacaq. “Qarabağ”ı qarabaqara izləyən “qırmızı-qaralar”ı yalnız qələbə qane edir. 

 

“Zirə” 4 oyundu qələbə qazana bilmir. “Qəbələ” son 5 matçda meydanı qolsuz tərk etməyib.
“Qəbələ” – “Zirə”: 7 oyun, 3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi 9-5. 

 

undefined

Xəbər xətti