"Qəbələ" xal itirdi, "Qarabağ" və "Sumqayıt"dan qələbə, AZAL Premyer Liqa ilə vidalaşdı YENİLƏNİB

20:25 - 2 Aprel 2017

Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, turun görüşləri eyni gündə keçiriləcək.

 

Turun ilk oyunu Sumqayıtda keçiriləcək. Eyniadlı komanda “Neftçi”ni qəbul edəcək.

 

“İnter” AZAL-ı sınağa çəkəcək. Hazırda üçüncü pillədə qərarlaşan Zaur Svanadzenin komandası Avroliqaya vəsiqəni mümkün qədər tez əldə etmək autsayderlər görüşdə qələbəni hədəfləyirlər. AZAL isə elitanı tərk etməmək üçün bu oyunda mütləq qalib gəlməlidir.

 

Lider “Qarabağ” Respublika stadionun “Kəpəz”lə üz-üzə gələcək.

 

Turun mərkəzi matçı isə Qəbələdə oynanılacaq. “Qırmızı-qaralar” Zirəni qəbul edəcək.

 
16:30 “Sumqayıt” – “Neftçi” 2 - 0

Qollar: Bəxtiyar Həsənalızadə, 60, Amil Yunanov, 63
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Kapital Bank Arena”
 

17:00 “İnter” – AZAL 2 - 1

Qollar: Denis Silva, 48, Rauf Əliyev, 90+1 - Ruslan Əmircanov, 90+2
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”


18:30 “Qəbələ” – “Zirə” 1 - 1

Qollar: Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

 

18:30 “Qarabağ” – “Kəpəz” 2 - 1

Qollar: Dino Ndlovu, 41, Migel Markos Madera, 47 - Kərim Diniyev, 26
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti