Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” öz meydanında “Neftçi”ni məğlub edib – 2:0.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib:
- Rəqibi təbrik edirəm. Komandam qalib gəlmək istəsə də, alınmadı. Məncə, payımızı aldıq. Bizim etmək istədiklərimizi “Sumqayıt” etdi. Sona qədər davam edəcəyik.
- Demişdiniz ki, “Qəbələ” və “Qarabağ”dan başqa bütün komandaları məğlub edəcəyik. Amma bu gün “Sumqayıt”a uduzdunuz. “Neftçi”nin 80 illik yubileyinə “ən pis baş məqşçi” kimi düşmək istəmirsiniz?
- Bunu yubileylə əlaqələndirmək lazım deyil. Bəli, bu, tarixdi. Çalışırdıq, bundan sonra da çalışacağıq. Çempionat və kubokda hələ də məğlub olmamışıq. Komandanı ilk pillədən götürməmişəm ki, uğuru davam etdirim. Heç nədən qorxmuram, hər şeyə də özüm cavab verəcəm.
- Oyun başa çatdıqdan sonra futbolçularla azarkeşlər arasında söz-söhbət oldu. Futbolçulara bu barədə nəsə danışmadınız?
- Əlbəttə, azarkeşlərin nə istədiklərini başa düşürəm. Futbolçulardan heç nə soruşmamışam.
saytlarin hazirlanmasi