Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən "İnter" - AZAL matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra sabiq "bankirlər"in baş məşqçisi Zaur Svanadze qələbəni şərh edib.
- Çox çətin oyun oldu. AZAL-la oynayanda hər dəfə çətinliklə üzləşirik. Qələbəyə görə çox şadam. Onların yaxşı qol imkanları oldu. Deyərdim ki, bəxtimiz gətirdi. Bütün problemlərə baxmayaraq, uşaqlar yaxşı çıxış etdi. Buna görə də onlara minnətdaram.
- Bilirik ki, fevralın da maaşı verilməyib. Qələbəyə görə mükafat da verilmir. Belə durumda komandanı motivasiya etmək çətin deyil?
- Onlar hamısı bunu başa düşürlər. Çünki peşəkar futbolçulardı. Bilirlər ki, yaxşı yer tutsaq, komandaya sponsor cəlb edə bilərik. Sübut edirlər ki, "İnter" yaxşı komandadı. (futbol11.az)
saytlarin hazirlanmasi