Qurban Qurbanov: "Bu, müzakirə mövzusu deyil" MÜSAHİBƏ

20:55 - 2 Aprel 2017

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" doğma meydanda "Kəpəz"i 2 - 1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Bəlkə də çempionatın ən gərgin oyunlarından biri oldu. Oyunun əvvəlində hesabda geri düşdük. Çempionat sona yaxınlaşdıqca futbolçulasrda həyəcan çox olur. Ehtiyatlı olmalıyıq. Çox vacib 3 xal qazandıq. Ağır qrafikdəyik. Futbolçularda yorğunluq yaranır. Buna baxmayaraq, futbolçularım düzgün oynamağa çalışdılar. Hər birini təbrik edirəm.

 

- Riçard Almeyda ilə Bədavi Hüseynovun zədəsi nə yerdədi?
- Bu barədə dəqiq heç nə deyə bilmərəm. Bədavinin millini oyunundan sonra  ayağında şiş var idi. Əzələsində ikinci dərəcəli dartınma da var. "Neftçi" ilə oyuna hazır olmaq şansı azdı. Riçarda da eyni vəziyyətdi. Bədavi ilə bitrgə fərdi məşq edirlər. Bəlkə "Neftçi" ilə oyundan sonra komandaya qoşula bildilər.

 

- Qəbələdəki oyundan xəbəriniz var idi?
- Oyun bitdikdən sonra "Qəbələ"nin nəticəsindən xəbərim oldu. Bu barədə düşünmürdük. Əsas diqqətimiz öz oyunumuzda idi.

 

- "Qəbələ" ilə oyunu Tafiq Bəhramov adına Respublika Stadionda oynamaq olar?
- Öz stadionumuzun durumu tam ideal deyil. Ola bilrə ki, həm "Neftçi" ilə , həm də "Qəbələ" ilə oyunu burda oynayaq. Hələ dəqiq qərar verilməyib.

 

- "Neftçi" cavab oyununda 3 qol vuracaqlarını deyir. Siz bu barədə nə deyə bilərsiz?
- Futbolda gözlənilməz nəticələr çox olr. Futbolçularmız əvvəlki oyunda daha çox məsuliyyətli olacaqlar. "Neftçi" təhlükəli komandadı. Həddindən artıq diqqətli olmalıyıq. "Neftçi" bizdən daha sərbəst oynayacaq. Çünki onlar mütləq qələbə qazanmalıdı. 

 

- Elşən Abdullayevi gələckdə də meydanda görə biləcəyik?
- Elşən 9 aydır rəsmi oyuna çıxmırdı. Bu, futbolçu üçün uzun müddətdi. Bu yaşda çempionluğa oynayan komandada oynamaq çətindi. Onun çox oynamasına ehtiyac var. Ona güvənirəm. İstedadlı futbolçudu.

 

- Mövsümün əvvəlində "Qarabağ"ın heyətinin geniş olduğu deyilirdi. Amma bu gün zədəli futbiolçuların çoxluğu diqqəti cəlb edir. Buna süni örtüklü stadionların təsiri var?
- Mənim yadıma gəlmir ki, son illərdə bu qədər zədəli futbolçumuz olsun. Heç düşünmədiyimiz anda futbolçular zədələnir. Sıx qrafik olanda zədələr üzə çıxır. Meydan amilinin də zədələrdə rolıu var. Təəssüf ki, hazırda çıxış yolumuz yoxdu. Bununla barışmalıyıq.

 

- Meydança amili ilə bağlı İcraiyə komitəsində təklifləriniz olub?
- Bəli, həm bu İcraiyə Komitəsində, həm də bundan əvvəlkində təkliflərim olub. Bir neçə stadionda yeni ot örtükləri salınacaq. Bundan başqa Gəncə stadionunun otu dəyişdiriləcək.

 

- "Qarabağ"ın heyətində hansı çatışmazlıqlar var?
- Nə qədər yaxşı olsaq da, yenə çatışmazlıqlar olur. Bizdə də belə amillər var. Dəyişikliklər də etmək istəyirik. Bu il fasilədə vaxtımız daha çox olacaq. 

 

- Qara Qarayevin transferi gündəmdədi. Onu komandadan buraxmağa hazırsız?
- Mətbuatda yazılar gedir. Amma kluba heç bir təklif gəlməyib. Buna görə də bu, müzakirə mövzusu deyil. Əgər dəqiq nəsə olsa, sizə də məlumat veriləcək.

Xəbər xətti