Migel Markos Madera: "İstənilən büdrəmə bizi çempionluqdan məhrum edə bilər" MÜSAHİBƏ

22:29 - 2 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ” öz meydanında “Kəpəz”i məğlub edib – 2:1.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun ikinci qolunun müəllifi Migel Markos Madera əməkdaşımızın suallarını cavablandırıb: 

 

- Oyuna pis başladıq, bizim üçün çətin oldu. Ancaq qapımızda qol gördükdən sonra öz oyunumuzu tapmağa başladıq. Hazırda bütün oyunlar çətindi, vacib 3 xal qazandıq. Bu gün çempionluğa daha bir addım atdıq. Artıq bütün diqqətimizi kubokun yarımfinal mərhələsinin cavab oyununa yönəltməliyik.


- Çətin olduğunu dediniz. Bu, nədən irəli gəlirdi?
- Düzdü, 3 gün əvvəl “Neftçi” ilə oynamışdıq, komandada yorğunluq da ola bilərdi. Amma mən bunu yorğunluqla əlaqələndirməzdim. Sadəcə, mövsümün sonuna az qalıb, ardıcıl oyunlar müəyyən qədər çətinlik yaradır. Amma çalışacağıq ki, növbəti oyunlarda eyni problmlərlə üzləşməyək. 

 

- Yəqin ki, “Qəbələ”nin xal itirməsindən xəbərdarsınız. Bu, sizi nə dərəcədə sevindirdi?
- Təbii ki, əsas rəqibimizin xal itirməsi yaxşı haldı. Lakin çempionatın sonuna 4 oyun var və həmin oyunlarda da qələbə qazanmalıyıq. Əks halda, istənilən büdrəmə bizi çempionluqdan məhrum edə bilər. Hədəfimizə çatmaq üçün bütün oyunlarda maksimum nəticə haqda düşünürük.

 

- Artıq “Qəbələ” ilə aranızda 4 xal var və növbəti turda onlarla qarşılaşacaqsınız. Xal fərqinin çox olması oyunun prinsipiallığını azaltmır?
- Belə düşünmürəm. Çünki qarşıdakı 4 oyunda istənilən hadisə baş verə bilər. Yenə deyirəm, son oyunlarımızda mütləq qələbə qazanmalıyıq.

Xəbər xətti