Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin köməkçisi Mahmud Qurbanov adının mətbuatda Bakının “İnter” klubu ilə hallanmasına münasibət bildirib.
Sportal.az saytına danışan Qurbanov bu məsələyə aydınlıq gətirib:
“Mən də bu xəbərləri mətbuatdan izləyirəm. Rəsmi olaraq mənə belə bir təklif olmayıb. Bu haqda da heç bir məlumatım yoxdu və heç bir klub rəsmisi ilə danışığım olmayıb. Ordan-burdan eşitdiklərimdi, rəsmi olaraq heç bir şey ortalıqda yoxdu”.
Robert Prosineçkinin köməkçi məşqçilərini klublarda işləməsini məsləhət görür. Hazırda Elxan Abdullayev paytaxtın “Neftçi” klubuunun baş məşqçisidir. Mahmud Qurbanov ona belə təklif olub-olmaması haqda da danışıb:
“Belə şayiələr hər zaman olur. Bunlar düzgün informasiyalar deyil. Söz-söhbətdən başqa heç bir şey deyil. Əslində, “İnter”dən mənə təklif də olmayıb. Bu məlumatların hardan qaynaqlandığını da bilmirəm. Nəinki “İnter, digər klublardan da təklif almamışam”.
saytlarin hazirlanmasi