Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, cavab oyunlarından sonra finalçıların adına aydınlıq gəlib.
Günün ilk oyunu Qəbələdə baş tutacaq. Şəhərin eyni adlı komandası Bakının "İnter" klubunu qəbul edib. İlk oyunda 3:1 hesabı ilə qalib gələn "Qəbələ" cavab matçında da sevinən tərəf olub - 2:0. "Qırmızı-qaralar" qələbə sayəsində ölkə kubokunun finalına yüksəlib.
İkinci oyun isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Burada "Qarabağ" "Neftçi"ni sınağa çəkib. Oyunda qalib müəyyənləşməyib - 0:0. İlk qarşılaşmada 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi finalda "Qəbələ"nin rəqibi olub.
Final qarşılaşması mayın 5-də baş tutacaq.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
16:30. “Qəbələ” – “İnter” 2 - 0
Qollar: Daniel Subotiç, 12, Baqali Dabo, 33
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1
19:30. “Qarabağ” – “Neftçi” 0 - 0
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0