"İnter" avrokuboklara vəsiqə qazandı

10:37 - 6 Aprel 2017

Ölkəmizi avrokuboklarda təmsil edəcək daha bir klubun adı məlum olub.

 

Sportal.az xəbər verir ki, paytaxtın “İnter” klubu da avrokuboklara vəsiqəni əldə edib. Buna səbəb “Neftçi”nin ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni dayandırması olub. Azərbaycan kubokunun finalında “Qarabağ” və “Qəbələ” qarşılaşacaq və hər iki komanda avrokuboklara vəsiqəni təmin edib.

 

“Sabiq bankirlər” çempionatda ilk 4 pilləni qarantiləyib və bu səbəbdən onların avrokuboklara vəsiqəsi rəsmiləşib.

 

Avrokuboklara son vəsiqə uğrunda “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” mübarizə aparır.

Xəbər xətti