Azərbaycan Premyer Liqasında 25-ci tura bu gün start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. Turun açılış matçı Gəncədə keçiriləcək.
“Kəpəz” “Neftçi”ni sınağa çəkəcək. Qonşu pillədə qərarlaşan komandaların dueli maraqla gözlənilir.
Günün ikinci oyunu isə Respublika stadionunda keçiriləcək. Lider “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ” ilə üzz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
25-ci tur
9 aprel
16:00. “Kəpəz” – “Neftçi” 2 - 0
Qollar: Tural Axundov, 13 (pen.), 41 (pen.)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu
20:30. “Qarabağ” – “Qəbələ” 0 - 0
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu