“İstədiyimiz kimi olmadı, ən pis oyunlarımızdan birini oynadıq”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov deyib.
“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la səfərdə heç-heçə edib – 0:0.
Matçdan sonra açıqlama verən Hüseynov zəis oynadıqlarını və bunun səbəbini bilmədiklərini deyib:
“Düzü, belə gözləmirdilk. Düşünmürəm ki, “Qarabağ” oynamağa imkan vermədi. Sadəcə, öz oyunumuz alınmadı. Bəlkə də, zəif oynamağımız matça həddindən artıq ciddi hazırlaşmağımızdan irəli gəlirdi”.
Kapitan komandasının çempionluq şanslarını da dəyərləndirib: “Vallah, kağız üzərində heç nə bilinmir. Amma bu gün qələbə qazansaydıq, tamam başqa cür ola bilərdi”.
“İntriqanı ölmüş hesab etmirəm, çünki hər şey ola bilər. Sadəcə, bu günkü oyundan çox şey asılı idi, alınmadı”.