Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçı 0:0 hesabı ilə başa çatıb.
Sportal.az xəbər verir ki, qolsuz başa çatan qarşılaşmadan sonra Ağdam klubunun hücumçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb.
- Gördüyünüz kimi, ağır oyun oldu. Qələbə qazanmaq istəyirdik. Boşalmaq olmaz. Sona 3 tur qalıb. Hər şey mümkündür. 100 faiz gücümüzü qoymalıyıq ki, sonda peşman olmayaq.
- Sona 3 tur qalmış 4 xallıq fərq böyükdür...
- İndi futbolda hər şey mümkündür. 2 oyunda xal itirsək, “Qəbələ” də qalib gəlsə, vəziyyət dəyişə bilər. Bu da bizim üçün yaxşı olmaz.
- Kubokun finalı haqda nə düşünürsən?
- Qarşıdakı 3 turu fikirləşirik. Daha sonra kubok matçı barədə nəsə danışmaq olar.
- Epizodların birində topa sanki əlinə dəyişmişdi...
- Baxaram... Sizdən eşitdim bunu. Bəlkə də hissiyatım yoxdu (gülür).