"Zirə" - "İnter" matçında sülh, "Sumqayıt" AZAL-ı məğlub etdi YENİLƏNİB

19:21 - 10 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə daha iki görüş keçirilib.

 

“Zirə” “İnter”i qəbul edib. Qarşılaşma 1 - 1 hesablı bərabərliklə başa çatıb. Bu nəticədən sonra "İnter" avrokuboklara vəsiqəni özü üçün təmin edib.

 

Digər qarşılaşmada isə AZAL “Sumqayıt”ı qəbul edib. Bu görüş isə qonaqların 2 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

10 aprel

Azərbaycan Premyer Liqası, 25-ci tur

 

15:00. “Zirə” – “İnter” 1 - 1

Qollar: Riçard Qadze, 19 - Rauf Əliyev, 12
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu

 
17:30. AZAL – “Sumqayıt” 1 - 2

QOL: Ruslan Əmircanov, 41 - Amil Yunanov, 22, Mirabdulla Abbasov, 64
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena”

Xəbər xətti