“Kəpəz”in futbolçusu Dario Federiko mövsümün sonunda Gəncə klubundan ayrılmaq barədə düşünür.
Sportal.az-ın əldə etdiyi məlumata görə, braziliyalı cinah oyunçusu daha iddialı klubların birinə keçmək istəyir. Mövsümün sonunda “sarı-göylər”lə müqaviləsi başa çatacaq Federiko təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Federiko ötən mövsümdən “Kəpəz”də çıxış edir. Dario bu mövsüm Premyer Liqada 20 oyun keçirib və 2 qol vurub.
saytlarin hazirlanmasi