Bu gün Azərbaycan Premyer Liqasıda 26-cı tura yekun vurulub və çempionun adı rəsmiləşib.
Sportal.az xəbər verir ki, günün ilk matçın Gəncədə keçirilib. Çempionluq şansı az da olsa qalan “Qəbələ” "Kəpəz"lə matçda gözlənilmədən uduzub – 0:2.
Bu nəticə isə "Qarabağ"ın çempionluğu erkən bayram etməsinə imkan yaradıb. “Kəpəz” – “Qəbələ” oyunundan sonra Bakıda "İnter"lə üz-üzə gələn Ağdam klubu qalib gəlib və sona iki tur qalmış "Qəbələ" ilə xal fərqini 7-yə çatdırıb. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ardıcıl 4-cü çempionluğu bayram edib. Ümumilikdə isə bu, Ağdam klubunun 5-ci çempionluğu olub.
"İnter" – "Qarabağ" 0 - 3
Qollar: Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78
saytlarin hazirlanmasi