Porutuqaliyanın “Boavişta” klubu milli komandamızın qapıçısı Kamran Ağayevlə yolları ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb. 31 yaşlı qolkiperlə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə ləğv edilib.
Qeyd edək ki, mövsümün əvvəlindən “Boavişta”da çıxış edən Kamran Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi