AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 8 №-li futbolçusu Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.
saytlarin hazirlanmasi