Azərbaycan Premyer Liqasında sona 2 tur qalmış Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Neftçi” transfer çalışmalarına start verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi ilk növbədə qapı xəttini gücləndirib. "Ağ-qaralar" "İnter"dən Səlahət Ağayevi transfer edib. "Sabiq bankirlər"i maliyyə problemlərinə görə tərk edən "çərçivə qoruyucu"su paytaxt klubu ilə 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, 2008-2015-ci illərdə “İnter”də çıxış edən Səlahət Ağayev müxtəlif vaxtlarda MOİK və “Sumqayıt”da icarə əsasında çıxış edib. Cari mövsümün əvvəlindən yenidən “İnter”ə qayıdan 26 yaşlı qapıçı 2010-cu ildən Azərbaycan millisinə çağırılır. (Futbol11.az)
saytlarin hazirlanmasi