Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” “Neftçi”ni qəbul edib.
Sportal.az xəbər verir ki, matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Buna baxmayaraq, qonaqlara texniki məğlubiyyət veriləcək.
Buna “ağ-qaralar”ın legioner limitini pozması səbəb olub. Belə ki, matçın 67-ci dəqiqəsində baş məşqçi Elxan Abdullayev Ruslan Abışovun əvəzinə meydana Uqo Barqası daxil edib. Bu dəyişiklikdən sonra meydanda 4 azərbaycanlı futbolçu qalıb.
Bununla da çempionatın reqlamenti pozulub. Bu hadisəyə görə AFFA İntizam Komitəsi “Neftçi”yə texniki məğlubiyyət verəcək.
saytlarin hazirlanmasi