Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:
"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qarşılaşmanın mahiyyətini anlayırdıq. Bu görüşdən məğlub ayrılsaydıq, şanslarımız xeyli azalacaqdı. Tam səfərbər olmuşduq. Doğrudu, qarşıda daha 1 oyunumuz qalır. Ancaq bugünkü matç olduqca böyük önəm kəsb edirdi".
- Avrokubok perspektivləri barədə rəhbərliklə müzakirələr aparmısınızmı?
- Qarşıda daha bir oyunumuz qalıb. AZAL ciddi rəqibdi. Bu gün də bunu göstərib. Əvvəlcə vəsiqəni təmin edək, sonra rəhbərliklə bu barədə fikir mübadiləsi aparcağıq.
- Əvvəlcədən bilsəydiniz ki, rəqib limiti pozur, Elxan Abdullayevi xəbərdarlıq edərdiz?
- İlk olaraq onu qeyd edim ki, bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdi. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm. Bilmirəm. (Futbolpress.az)