"Zirə" Premyer Liqanın sonuncu - 28-ci turuna ciddi itkiylə çıxacaq.
Sportal.az xəbər verir ki, "qartallar"ın yarımmüdafiəçisi Vüqar Mustafayev cəzalı duruma düşüb. Gənc futbolçu "Neftçi" ilə qarşılaşmada (2:2) sarı vərəqə alaraq cəzalı duruma düşüb. Mustafayev mövsüm ərzində 3-cü dəfə bu halla üzləşib. Yarımmüdafiəçi cari mövsümdə 12 dəfə sarı vərəqə alıb və bu göstəricidə hamını qabaqlayır.
Qeyd edək ki, AZAL - "Zirə" matçı aprelin 29-da keçiriləcək.
saytlarin hazirlanmasi