Azərbaycan Premyer Liqasının bombardirlər siyahısında dəyişiklik olub.
Sportal.az xəbər verir ki, "İnter"in hücumçusu Rauf Əliyev siyahıya başçılıq edən "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçə şərik olub.
Millimizin üzvü Premyer Liqanın 27-ci turunda "Qəbələ" ilə bu gün keçirilən görüşdə dubl edərək qollarının sayını 11-ə çatdırıb.
Qeyd edək ki, "Qəbələ"nin xorvatiyalı futbolçusu 11 qolu 27, Rauf Əliyev isə 25 oyunda vurub. Əliyev bütün qolları oyun epizodundan vurubsa, Ozobiç 2 dəfə penaltidən fərqlənib.
saytlarin hazirlanmasi