Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı məlum olub.
Sportal.az xəbər verir ki, turda ən çox azarkeş Suraxanıda, “Azersun Arena”da keçirilmiş “Qarabağ” - “Sumqayıt” oyununda qeydə alınıb. Ağdam klubunun 2:1 hesabıyla qalib gəldiyi və matçdan sonra çempionluq kubokuna qovuşduğu qarşılaşmanı 1800 azarkeş tribunadan izləyib.
Ən az azarkeş isə Şüvəlanda, “AZAL Arena”da keçirilmiş AZAL - “Kəpəz” matçında qeydə alınıb. Gəncə təmsilçisinin 2:1 hesabıyla qalib gəldiyi qarşılaşmanı cəmi 330 tamaşaçı izləyib.
Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “İnter” oyununda (4:3) 1600, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Neftçi” matçında (2:2) isə 1000 azarkeş qeydə alınıb.
Ümumilikdə, turun 4 oyununu 4730 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1182 tamaşaçı deməkdi.
saytlarin hazirlanmasi