Azərbaycan millisinin üzvü Amit Quluzadə qış transfer pəncərəsində müqavilə imzaladığı Yunanıstanın AEL klubundan ayırılıb.
Sportal.az-ın məlumatına görə, yanvarda Larissa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayan futbolçu bu gün sözləşməsinə xitam verib. 24 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusu daşıyır.
Qeyd edək ki, Amit Quluzadə AEL-in heyətində 4 oyun keçirmişdi.
saytlarin hazirlanmasi