3 futbolçu ilə yeni müqavilə imzalayan "Sumqayıt" 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son olaraq, "Kəpəz"də çıxış edən Tural Axundovu heyətinə qatıb. 28 yaşlı futbolçu "Sumqayıt" ilə 1 illik müqavilə müqavilə imzalayıb.
Qeyd edək ki, Tural Axundov "Kəpəz"dən (62 oyun, 11 qol) başqa, "Muğan" (39 oyun, 3 qol), "Rəvan" (54 oyun) və "Simurq"un (63 oyun) formasını geyinib.
Əlavə edək ki, Axundovun "Kəpəz"dən ayrıldığı haqda ilk məlumatı Sportal.az saytı yaymışdı (http://sportal.az/news/84728).
saytlarin hazirlanmasi