"Sumqayıt" transfer fəaliyyətini davam etdirir.
Sportal.az-ın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubovla maraqlanır.
"Kimyaçılar" 25 yaşlı futbolçu ilə danışıqlara start verib.
Qeyd edək ki, "Sumqayıt" "Kəpəz"dən Tural Axundovu, AZAL-dan Kamal Mirzəyevi, "Neftçi"dən isə Cavid İmamverdiyevi transfer edib.
Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov və Fərhad Vəliyevlə müqavilə uzadılıb.
saytlarin hazirlanmasi