“Kəpəz” klubu ilk transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, “sarı-göylər” “Sumqayıt”dan ayrılan Kamran Abdullazadəni rənglərinə bağlayıb. Yarımmüdafiəçi Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
22 yaşlı futbolçu cari mövsümdə "Gənclik şəhəri" təmsilçisinin heyətində 12 oyun keçirib.
Qeyd edək ki, Abdullazadə “Xəzər Lənkəran”ın yetirməsidir.
saytlarin hazirlanmasi