"Qarabağ"ın sıralarını tərk edən ilk futbolçu bəlli olub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Boyan Şaranovla yollar ayrılıb.
“Qarabağ” serbiyalı əlcək sahibinə komandadakı xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2016/17-ci illər mövsümün əvvəlində "Qarabağ"a transfer olunmuşdu və 2 oyunda iştirak etmişdi.
saytlarin hazirlanmasi