Növbəti mövsüm transfer çalışmalarını davam etdirən "Qarabağ" bir futbolçuyla müqavilə yeniləyib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu yetirməsi və millimizin üzvü Qara Qarayevlə yeni müqavilə imzalanıb.
Razılaşmaya əsasən yarımmüdafiəçi daha iki il "Qarabağ"ın formasını geyinəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsüm "Qarabağ"ın heyətində 30 oyun keçirib.
saytlarin hazirlanmasi