Bakı "İnter"inin müdafiəçisi Zurab Xizanişvili karyerası üçün önəmli qərar verib.
Sportal.az xəbər verir ki, Xizanişvili futbolçu karyerasını başa vurub. 35 yaşlı oyunçunun yeni iş yeri də məlumdu. Təcrübəli müdafiəçi Gürcüstanın 21 yaşlılardan ibarət milli komandasında məşqçi kimi çalışacaq. Zurab millini çalışdıran Qia Qequçadzenin köməkçisi olacaq.
Xizanişvili 2015-ci ildən "İnter"də çıxış edirdi. Gürcüstan millisinin sabiq üzvü "Dinamo" (Tiblisi), "Dandi", "Reyncers", "Bləkbörn", "Nyukasl", "Ridinq" və "Kayserispor" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi