Rusiya Premyer Liqasında çıxış edən Moskva “Lokomotiv”inin baş məşqçisi Yuri Syomin Azərbaycan millisinin və Almaniyanın “Aue” klubunun futbolçusu Dmitri Nazarovu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis TASS-a açıqlamasında bu məlumatı təkzib edib:
“İlk dəfədir ki, bununla bağlı eşidirəm. Nazarov "Lokomotiv"də? Bu xəbərlər doğru deyil”.
Qeyd edək ki, bu mövsüm Nazarov Almaniya II Bundesliqasında 26 oyuna 9 qol vurub.
saytlarin hazirlanmasi