"Sumqayıt" transfer fəaliyyətini davam etdirir. Komandanın "Qəbələ"nin futbolçsu Rəşad Eyyubovla maraqlandığı haqda məlumat vermişdik.
Sportal.az-ın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi Eyyubovla ilkin razılığa gəlib. 25 yaşlı yarımmüdafiəçi yeni mövsümdən etibarən "Sumqayıt"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, "Sumqayıt" "Kəpəz"dən Vüqar Bəybalayev və Tural Axundovu, AZAL-dan Kamal Mirzəyevi, "Neftçi"dən isə Cavid İmamverdiyevi transfer edib.
Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov və Fərhad Vəliyevlə müqavilə uzadılıb.