“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk adı yenidən Ukraynanın “Dinamo” klubu ilə hallanıb.
Sportal.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Ukrayna Premyer Liqasını və ölkə kubokunu qazana bilməyən Kiyev təmsilçisi baş məşqçi dəyişikliyi etmək istəyir. Paytaxt təmsilçisi baş məşqçisi Sergey Rebrovla yolları ayırmaq niyyətindədir. Klub rəhbərliyi baş məşqçi postuna “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuku gətirmək istəyir. Məlumatda Qriqorçukun “Qəbələ” ilə 1 illik müqavilə imzaladığı və “Dinamo”nun “qırmızı-qaralar”a təzminat ödəməyə hazır olduğu qeyd edilib.
Qeyd edək ki, Qriqorçuk 2015-ci ildən “Qəbələ”ni çalışdırır. 52 yaşlı mütəxəssisin adı Kiyev “Dinamo”su ilə dəflərlə hallanıb.
saytlarin hazirlanmasi