İtaliyalı hücumçu "Qarabağ"ın hədəfində

10:27 - 24 May 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın transfer etmək istədiyi futbolçulardan daha birinin adına aydınlıq gəlib.


Sportal.az xəbər verir ki, İtaliya B seriyasında çıxış edən “Trapani” klubunun üzvü Nikola Sitro Ağdam klubunun transfer hədəfindədir. İtaliya mətbuatının yaydığı məlumata görə, son çempion 29 yaşlı futbolçuya 3 illik müqavilə və 900 min avro əmək haqqı təklif edib. Forvardın“Qarabağ”ın təklifinə müsbət yanaşdığı bildirilir.


Qeyd edək ki, italiyalı futbolçu cari mövsümdə 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti