Yunanıstanın AEL komandasından ayrılan Amit Quluzadə hazırda klubsuzdur.
Sportal.az-ın əldə etdiyi məlumata görə, millimizin də formasını geyinən yarımmüdafiəçiyə Azərbaycan Premyer Liqasında çıxış edən klublardan təkliflər var. Lakin Amit legioener həyatını davam etdirmək niyyətindədir. Bu səbəbdən futbolçu Premyer Liqa klublarının təkliflərini dəyərləndirməkdə tələsmir.
Quluzadəyə ən çox maraq göstərən klub isə "Səbail"dir.
Qeyd edək ki, Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, və “Sumqayıt”da çıxış edib. 24 yaşlı futbolçu Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.
saytlarin hazirlanmasi