Bu ilin yanvarından "Zirə"də çıxış edən Riçard Qadzenin taleyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Riçard Qadze ilə danışıqlar müsbət yekunlaşıb. "Zirə" qanalı futbolçu ilə 1+1 il şərti ilə yeni müqavilə imzalanıb.
22 yaşlı forvard Premyer Liqada 11 oyun keçirib və 3 qol vurub.
Qeyd edək ki, 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da çıxış edib.
saytlarin hazirlanmasi