“Qəbələ”nin sabiq braziliyalı yarımmüdafiəçisi Dodo vətənində verdiyi müsahibədə Azərbaycandakı günlərini xatırlayıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı cinah futbolçusu millimizdə çıxış etmək üzrə olduğunu, ancaq həmin dönəmdə komandadan ayrıldığını söyləyib:
“Mən 5 il idi ki, Azərbaycanda idim. Düşünürdüm ki, artıq bu ölkənin milli komandasında çıxış edəcəm. Bu mənim üçün yuxu kimi idi, arzularımdan biri idi. İnsanlar da tez-tez soruşurdu ki, millimiz üçün oynamağa hazırsan? Amma sonra oradan ayrıldım”.
Qeyd edək ki, Luis Hilario Dodo 2011/16-cı illərdə "Qəbələ"də çıxış edib. Dodo "Qəbələ"dən ayrıldıqdan sonra ölkəsinin B Seriyasında çıxış edən "Joinvil" klubuna keçib. Onun son klubu Yunanıstanın AEL komandasıdır.
saytlarin hazirlanmasi