“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Avropa Liqasındakı təmsilçimiz yarımmüdafiəçi Orxan Əliyevlə anlaşıb. 22 yaşlı hücumameylli futbolçu ilə 1 illik müqaviləyə imza atılıb.
Orxan “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz” klublarının formasını geyinib.
Xatırladaq ki, Əliyev U-23-ün heyətində Bakıda keçirilən İslamdiadada qalib olub.
Orxan Əliyevin "Zirə"yə transfer olacağı haqda ilk məlumatı Sportal.az saytı yaymışdı (http://sportal.az/news/85127).
saytlarin hazirlanmasi