"Qavalıyıf" 8 komandanı bir araya gətirə bilmirik"

12:25 - 1 İyun 2017

Tanınmış jurnalist, hazırda fəaliyyətini "Nurgün Holdinq"də başqa sahə üzrə davam etdirən Nəriman Mehdiyev AFFA-ya zəruri xatırlatma edib. Vaxtilə teleməkanın ən aparıcı simalarından biri olmuş Mehdiyev ermənilərin Moskvada "Ararat" adlı klub yaratmasına diqqət çəkərək, AFFA-nın Azərbaycanda futbolu xeyli geri salmasını vurğulayıb.
 
O, yəqin ki, bununla təmsilçisi olduğu şirkətin himayəsindəki "Rəvan"ın mövsümün gedişində I diviziondan uzaqlaşdırılmasına eyham vurub: "Ararat" Rusiya Futbol İttifaqının lisenziyasını alıb və qarşıdan gələn mövsüm ikinci liqada çıxış edəcək. Klub artıq ilk transferini də realaşdırıb və Rusiya milli komandasının keçmiş üzvü Roman Pavlyuçenko ilə müqavilə imzalayıb. Bəlkə də bəziləri üçün adi xəbərdi. Ancaq... 10 ildə futbola milyardlar xərcləyən və milli futbol üçün ürəyi yanan Azərbaycan vətəndaşı üçün deyil. Biz o ölkənin futbol adamlayırıq ki, "qavalıyıf" 8 komandanı bir araya gətirə bilmirik. Bu gedişlə bir neçə ildən sonra həmin bu "Ararat" Rusiya Premyer-liqasında oynayanda, bəlkə də UEFA miqyaslı turnirlərdə çıxış edəndə bizim milli çempionatda 3-4 komanda qalacaq. İnanmırsız?" (futbolinfo.az)

Xəbər xətti