Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Zirə"dən ayrılan Yamin Ağakərimzadəni heyətinə cəlb edib. Gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Səbail" bunadək Aqil Məmmədov, Emin Mehdiyev, Aqşin Muxtaroğlu və Kamal Qurbanovla anlaşmışdı.
saytlarin hazirlanmasi