Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ağdam klubu ilə yanaşı, II təsnifat mərhələsində 33 komanda mübarizə aparacaq. Yarışa II mərhələdən qoşulan 29 komandaya püşk zamanı I təsnifat mərhələsini uğurla adlayan 5 kollektiv də qoşulacaq. 34 komanda hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
Səpələnmişlər sırasında yer alacaq Ağdam klubu 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək.
II təsnifat mərhələsinin püşkündən öncə səbətlərin tərkibi belədir.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
TNS (Uels) – 5,775
“Linfild” (Şimali İrlandiya) – 3,650
“Vikinqur” (Farer adaları) – 2,950
“Hibernians” (Malta) – 2,800
“Santa-Koloma” (Andorra) – 2,733
Səpələnməmişlər
“Alaskert” (Ermənistan) – 2,525
“La Fiorita” (San-Marino) – 1,566
“Europa” (Cəbəllütariq) – 1,500
“İnfonet” (Estoniya) – 1,300
“Trepça” (Kosova) – 1,000
II təsnifat mərhələsi
Səpələnmişlər
“Seltik” (Şotlandiya) – 42,785
“Zalsburq” (Avstriya) – 40,570
“Kopenhagen” (Danimarka) – 37,800
“Ludoqorets” (Bolqarıstan) – 34,175
BATE (Belarus) – 29,475
“Legiya” (Polşa) – 28,450
APOEL (Kipr) – 26,210
“Maribor” (Sloveniya) - 21,125
“Qarabağ” (Azərbaycan) – 18,050
“Malmö” (İsveç) – 16,945
“Astana” (Qazaxıstan) – 16,800
“Partizan” (Serbiya) – 16,075
“Riyeka” (Xorvatiya) – 15,550
“Rusenborq” (Norveç) – 12,665
“Şerif” (Moldova) – 11,150
“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875
“Hafnarfyordur” (İslandiya) – 6,175
Səpələnməmişlər
“Jilina” (Slovakiya) – 5,850
“Jalgiris” (Litva) – 5,825
“Dandalk” (İrlandiya) – 5,815
“Vardar” (Makedoniya) – 5,125
“Dudelanj” (Lüksemburq) – 4,975
“Kukesi” (Albaniya) – 4,550
“Zrinski” (Bosniya və Herseqovina) – 4,050
“Buduçnost” (Monteneqro) – 3,300
“Honved” (Macarıstan) – 2,900
“Mariehamn” (Finlandiya) – 2,030
“Spartak” (Latviya) – 1,975
“Samtredia” (Gürcüstan) – 1,525
I təsnifat mərhələsinin 5 qalibi
Qeyd edək ki, Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. 11-12 və 18-19 iyulda isə II təsnifat mərhələsinin oyunları keçiriləcək.
saytlarin hazirlanmasi